Azərbaycan efirlərində əyləncəli verilişlər dayandırılacaq? RƏSMİ CAVAB


Digərləri 02 Mar 2018 13:38:00 200 0

Azərbaycan efirlərində əyləncəli verilişlər dayandırılacaq?  RƏSMİ CAVAB

Televiziya və radio kanallarında əyləncəli verilişlər yalnız rəsmi matəm günündə dayandırılır.

Son.az xəbər verir ki, bunu Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov Bakıda Respublika Narkoloji Mərkəzində baş vermiş yanğında 25 nəfərin həlak olması ilə əlaqədar əyləncəli verilişlərin dayandırılıb-dayandırılmaması məsələsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, ciddi rezonans doğuran faciəvi hadisə baş verərsə, yayımçılar özləri mənəvi məsuliyyətlərindən çıxış edərək əyləncəli verilişlərinin yayımını dayandıra bilərlər:

"Biz onlardan qanunla tələb edə bilmərik. Ancaq rəsmi matəm elan edilərsə, bu halda qanunla əyləncəli verilişlərin yayımı dayandırılmalıdır".