Sabirabadda zəncirvari qəza:


Digərləri 02 Mar 2018 12:40:00 318 0

Sabirabadda zəncirvari qəza:

Bu gün səhər saatlarında Sabirabad rayonunda ağır zəncirvari qəza baş verib.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, "VAZ-2107", "NİSSAN" və "Mercedes" markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində "VAZ-2107"in sürücüsü, Sabirbad rayonu, Qaratəpə kənd sakini, 25 yaşlı Yusif Vəli oğlu Hüseynov , "NİSSAN"ın sürücüsü, rayonun Qalaqıyın kənd sakini Elşən Eyvaz oğlu Hüseynov və iki nəfər sərnişini-həmkəndlisi Nicat Ramiz oğlu Quliyev, Türkədi kənd sakini Elxan İlham oğlu Dadaşov müxtəlif dərəcəli xəsarətlərlə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Ağır bədən xəsarətləri almış "07"-nin sürücüsü Yusif Hüseynov Sabirabad Rayon Polis Şöbəsinin zabitidir.


Xəbərə aid fotolar