Dispanser 32 ildir ki, o binada imiş...


Digərləri 02 Mar 2018 12:45:57 302 0

Dispanser 32 ildir ki, o binada imiş...

Xəbər verdiyimiz kimi, bu gün Respublika Narkoloji Dispanserində güclü yanğın  baş  verib. Dəhşətli yanğında 24 nəfərin öldüyü barədə rəsmi məlumat yayılıb. 

Son.az xəbər verir ki, qafqazinfo bu məqamda mərkəzlə  bağlı bəzi məlumatlar öyrənib. 

Qeyd edək ki, Səhiyyə Nazirliyinin balansında olan mərkəz 1986-cı ildə yaradılıb. Dispanserin rəhbəri Telman Məmmədhəsənovdur. 

Ötən ilə olan məlumata əsasən, respublika üzrə 31.12.2016-cı il tarixinə qeydiyyatda olan narkomanların ümumi sayı - 29448 nəfər təşkil edib.


Xəbərə aid fotolar