Sabah rezidenturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək


Digərləri 02 Mar 2018 12:29:00 277 0

Sabah rezidenturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi sabah rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanı keçirəcək.

Mərkəzdən Son.az-a verilən məlumata görə, sınaq imtahanı DİM-in Nəsimi rayonu, A.Salamzadə küç., 28 ünvanında yerləşən binasında (Bakı Asiya Universitetinin binası) kompüter vasitəsilə elektron formada keçiriləcək. 1-ci növbə imtahanı saat 10:00-da, 2-ci növbə isə saat 14:00-da başlayacaq.

Sınaq imtahanında iştirak etmək istəyən namizədlər müvafiq olaraq 3 mart saat 09:00 və 13:00-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.