Politoloq: "Azərbaycanı və Rusiyanı regionda sabitliyə zəmanət kimi görürlər"


Siyasət 02 Mar 2018 11:32:39 288 0

Politoloq: "Azərbaycanı və Rusiyanı regionda sabitliyə zəmanət kimi görürlər"

Trofimçuk: "İlk növbədə, ölkənin təhlükəsizliyinə təhdid olan problemlərin həlli ilə bağlı tələblərini yerinə yetirmək lazımdır"

"Azərbaycanı və Rusiyanı regionda sabitliyə zəmanət və radikal dünya üçün sədd kimi görürlər".

"Report" xəbər verir ki, bunu rusiyalı ekspert, Beynəlxalq Əlaqələr İnstitutunun sədri Qriqori Trofimçuk Azərbaycan-Rusiya münasibətlərinə həsr olunmuş tədbirdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu mənada Bakı-Tehran-İstanbul formatında sıx əməkdaşlıq bariz nümunədir.

Tədbir iştirakçıları həmçinin Azərbaycanın bir çox qlobal siyasi xəttin kəsişmə nöqtələrindən biri olduğunu və buna görə də Azərbaycan haqqında yalnız regional təhlükəsizlik kontekstində danışmamağın labüdlüyünü qeyd ediblər.

Azərbaycanın Avrasiya İqtisadi Birliyinə daxil olmasının mümkünlüyündən danışan Q.Trofimçuk bildirib ki, ölkənin Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi olduğunu, eləcə də həlli uzadılmış Dağlıq Qarabağ münaqişəsinin mövcudluğunu nəzərə almaq lazımdır: "Bunun üçün Azərbaycanın da bu inteqrasiyada maraqlı olması vacibdir. Başqa sözlə, ilk növbədə, ölkənin təhlükəsizliyinə təhdid olan problemlərin həlli ilə bağlı tələblərini yerinə yetirmək lazımdır".

Onun sözlərinə görə, danışıqlar prosesinin hər mərhələsi məhsuldar olmalıdır.