BANMın rektoru Elmar Qasımov EURASın Təhsil Sammitində iştirak edib


Digərləri 02 Mar 2018 11:03:00 324 0

BANMın rektoru Elmar Qasımov EURASın Təhsil Sammitində iştirak edib

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Avrasiya Universitetlər Birliyi (EURAS) tərəfindən Türkiyənin İstanbul şəhərində təşkil edilmiş Avrasiya Beynəlxalq Ali Təhsil Sammitində iştirak edib.

Son.az xəbər verir ki, sammitin əsas məqsədi Avropa, Asiya, Yaxın Şərq, Afrika və Asiya-Sakit okean regionunda fəaliyyət göstərən müxtəlif universitetlərin nümayəndələri arasında elmi-texniki, iqtisadi və mədəni əməkdaşlığın qurulması və mövcud əməkdaşlığın genişləndirilməsi istiqamətində geniş müzakirələrin və fikir mübadiləsinin aparılması olub.

Rektor səfər zamanı həmçinin EURAS-ın prezidenti, İstanbul Aydın Universitetinin rektoru, Dr.Mustafa Aydınla görüşüb, EURAS-a üzv olan ali təhsil müəssisələri ilə BANM arasında tədris və elmi-tədqiqatın müxtəlif istiqamətlərində əməkdaşlıq perspektivləri barəsində müzakirə edib.