"Manchester Citi" 63 il sonra bunu bacardı


İdman 02 Mar 2018 10:09:00 301 0

"Manchester Citi" 63 il sonra bunu bacardı

"Manchester City" futbol üzrə İngiltərə çempionatının 28-ci turunda səfərdə London "Arsenal"a qalib gəlib 0-3.

Goal.az xəbər verir ki, oyunda qolları Bernardu Silva (15-ci dəqiqə), David Silva (28) və Leroy Sane (33) vurub. "Arsenal"ın hücumçusu Pyer-Emerik Obameyanq 53-cü dəqiqədə rəqib qapısına təyin olunmuş 11 metrlik cərimə zərbəsini reallaşdıra bilməyib.

"Şəhərlilər" bundan əvvəl səfər oyunlarında "Chelsea" və "Manchester United"i məğlub edib. Şəhərlilər sonuncu dəfə yüksək liqada belə bir nəticəyə 63 il əvvəl - 1954/55-ci illər mövsümündə nail olublar.