Dağıstanın başçısı Azərbaycana səfər etmək niyyətindədir


Siyasət 02 Mar 2018 10:04:55 268 0

Dağıstanın başçısı Azərbaycana səfər etmək niyyətindədir

Bu, Vladimir Vasilyevin Dağıstanın müvəqqəti başçısı postunda Azərbaycana ilk rəsmi səfəri olacaq

Dağıstanın başçısı vəzifəsini müvəqqəti icra edən Vladimir Vasilyev yaxın zamanda Azərbaycana səfər etməyi planlaşdırır.

"Report" "Moskva-Bakı"ya istinadən xəbər verir ki, bu barədə V.Vasilyev Rusiya prezidentinin Mərkəzi Manejdə keçirilən Federal Məclisə göndərdiyi məktubdan sonra bildirib.

"Tezliklə Azərbaycana gedəcəyəm, orada danışarıq", - V.Vasilyev vurğulayıb.

Qeyd edək ki, V.Vasiliev 2017-ci il oktyabrın 3-də Dağıstan Respublikasının başçısı vəzifəsini müvəqqəti icra edən şəxs təyin olunub. Buna qədər bu postu Ramazan Abdulatipov tutub.

Bu, V.Vasilyevin Dağıstanın müvəqqəti başçısı postunda Azərbaycana ilk rəsmi səfəri olacaq.