Azərbaycan Beynəlxalq Bankı daha aşağı aylıq ödənişlə nağd pul krediti təklif edir


Digərləri 02 Mar 2018 09:52:19 443 0

Azərbaycan Beynəlxalq Bankı daha aşağı aylıq ödənişlə nağd pul krediti təklif edir

Müştərilərin istəklərini daim nəzərə alan Azərbaycan Beynəlxalq Bankı nağd pul kreditinin onlar üçün daha asan və sərfəli olmasından ötrü kredit şərtlərini tam dəyişib.

Bakı. Müştərilərin istəklərini daim nəzərə alan Azərbaycan Beynəlxalq Bankı nağd pul kreditinin onlar üçün daha asan və sərfəli olmasından ötrü kredit şərtlərini tam dəyişib. Bankdan Trend-ə verilən məlumata görə, yeni şərtlərlə nağd pul krediti bankın əmək haqqı və pensiya kartı sahiblərinə “BİZDƏ VAR!” devizi altında istənilən məqsədlər üçün təqdim olunur. Belə ki, kreditin maksimal məbləği 20.000 manata qədər, müddəti 60 ayadək artırılıb. Faiz dərəcəsi isə növbəti dəfə azaldılıb. Azərbaycan Beynəlxalq Bankının nağd pul kreditlərinin illik faiz dərəcəsi indi cəmi 23%-dən başlanır. Müştərilərə 5000 manata qədər krediti bankdan zaminsiz almaq imkanı yaradılıb. Üstəlik, kredit almaq üçün müştərinin yaş məhdudiyyəti də 70 yaşadək yüksəlib.