Uşaqların sağlamlığı naminə sosial layihəyə başlanılıb


Digərləri 02 Mar 2018 09:47:00 229 0

Uşaqların sağlamlığı naminə sosial layihəyə başlanılıb

Azercell Telekom MMC və Respublika Müalicəvi Diaqnostika Mərkəzi (RMDM) tərəfindən uşaqların sağlamlığının qorunması istiqamətində birgə sosial layihəyə start verilib.

Bakı. Azercell Telekom MMC və Respublika Müalicəvi Diaqnostika Mərkəzi (RMDM) tərəfindən uşaqların sağlamlığının qorunması istiqamətində birgə sosial layihəyə start verilib. Trend-in məlumatına görə, layihə çərçivəsində Hepatit B, C, C-reaktiv zülal, QİÇS kimi xəstəliklərin təyin edilməsi məqsədilə Azercell-in Mobil Klinikasında RMDM-in peşəkar tibb heyəti tərəfindən “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyasında məskunlaşan uşaqlardan qan analizləri götürülüb və müayinələrin cavabı Azercell Telekom MMC-nin xətti ilə himayəçi valideynlərin mobil telefonlarına, eləcə də müəssisənin direktoruna təqdim edilib. Məlumatlar Azercell Telekom MMC tərəfindən avtomatlaşdırılmış texnologiyada tam məxfi olaraq arxivləşdirilib. Layihənin gələcəkdə daha geniş sosial qruplarda reallaşdırılması planlaşdırılır.