2 sərxoş piyadanı yük maşını vurub


Digərləri 02 Mar 2018 08:55:00 223 0

2 sərxoş piyadanı yük maşını vurub

Tovuz rayonunda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az report.az-a istinadən bildirir ki, hadisə Tovuz şəhərində Tovuzçay üzərindəki körpüdə baş verib.

Şəmkir rayonundan Tovuza gedən 1992-ci ilə təvəllüdlü Rüstəmov Elxan İlham oğlu və Abbaszadə Hikmət Əfqan oğlunu çörək daşıyan "Ford" markalı avtomobil vurub. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti orta-ağır, digərininki isə ağırdır.

Hər iki piyada sərxoş olub. Hadisə isə onlar yeyib-içdikləri kafedən çıxdıqdan sonra baş verib.