ABŞ-da yüngül mühərrikli təyyarə qəzaya uğrayıb


Dünya 02 Mar 2018 06:40:18 269 0

ABŞ-da yüngül mühərrikli təyyarə qəzaya uğrayıb

Təyyarə aeroportdan havaya qalxdıqdan 45 dəqiqə sonra radarlardan itib

Amerikanın Merilend ştatının Ouşen-Siti şəhərində "Cessna 172" tipli yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

"Report" "Daily Star" nəşrinə istinadən xəbər verir ki, ştat polisi dəniz sahilində təyyarənin gövdəsinin bir hissəsini aşkar edib.

Müxtəlif məlumatlara görə, hava gəmisində 1 və ya 2 nəfər ola bilər. Təyyarə Martin aeroportundan havaya qalxdıqdan 45 dəqiqə sonra radarlardan itib.

Ölən və yaralananlar barədə məlumat yoxdur.