Hollivudda Vaynşteynin xalatda heykəli qoyulub


Digərləri 02 Mar 2018 05:42:01 178 0

Hollivudda Vaynşteynin xalatda heykəli qoyulub

O, divanda oturmuş vəziyyətdə əllərində "Oskar" heykəlciyi tutub

"Oskar" mükafatının 90-cı təqdimetmə mərasiminin keçirilməsinə az qalmış Hollivudda prodüser Harvi Vaynşteynə heykəl qoyulub.

“Report” xəbər verir ki, bu barədə "Hollywood reporter" nəşri məlumat yayıb.

Bildirilir ki, qızılı rəngə boyanmış heykəl "La Brea" prospektində qoyulub. Vaynşteyn əynində xalat və əllərində "Oskar" heykəlciyi tutaraq divanda oturmuş vəziyyətdə təsvir olunub.

Müəllifin sözlərinə görə, abidə Hollivudda qüdrətli prodüser və rejissorlar tərəfindən kinostudiyaya işçi seçimi zamanı istifadə etdikləri üsulları simvolizə edir.