"Elə müğənni olub ki, saatlarla oturub onun hamamda duş qəbul etməsini gözləmişik"


Şou-biznes 02 Mar 2018 03:30:00 270 0

"Elə müğənni olub ki, saatlarla oturub onun hamamda duş qəbul etməsini gözləmişik"

Son.az kaspi.az-a istinadən müsahibəni təqdim edir.

Artıq 3 ildir ki, ailəmizin "Xəzər"ində "Evdəkilərə salam" verilişini izləyirik. Veriliş vasitəsilə sevdiyimiz ifaçıların, sənət adamlarının evlərinə səyahət etmiş oluruq. Bu veriliş paytaxt tamaşaçıları ilə yanaşı, bəlkə də daha çox bölgələrimizdə izlənilir və sevilir. Biz də sevimli verilişin sevilən aparıcısı Aytəkin Mərdanova ilə görüşdük. Öncə onun yaradıcılığına bir nəzər saldıq. Müsahibimiz 2006-cı ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Beynəlxalq radio üzrə diplom işi yüksək qiymətləndirilib. Universiteti bitirəndən sonra bir müddət yazılı mətbuatda müxbir kimi çalışıb. Deyir ki, jurnalistikada yüksəlişə gedən yol müxbirlikdən başlayır. Daha sonra 5 il "Space" telekanalında, 3 il ATV-də çalışıb. Artıq 4-cü ildir ki, "Xəzər" televiziyasında işləyir. "Space" telekanalında "Şişman-şou", "Azər star", "Siqnal" və  digər verilişlərin aparıcısı olub. Bundan başqa, "Space"-in səhər verilişlərində müxbir, prodüser, daha sonra isə "Kiçik qala", "Hər bazar" verilişlərinin redaktoru olub. Bu gün isə "Xəzər" televiziyasının ən çox baxılan verilişinin aparıcısıdır.

- "Evdəkilərə salam" verilişi Xəzər televiziyasında ən çox baxılan proqramlardandır. Yəqin ki, bu nailiyyətə sahib olmaq sizə heç də asan başa gəlməyib.

- Elədir. Ümumiyyətlə, insanlara məşhurların şəxsi həyatı, gündəlik qayğıları maraqlıdır. Görəsən, sevdiyi ifaçı qayınanası ilə necə yola gedir, neçə uşağı var, evi necədir, hansı şəraitdə yaşayır - kimi suallar hər zaman olub. "Evdəkilərə salam" verilişi də onların bu suallarına bir cavabdır. Aparıcısı olduğum veriliş zamanın nəbzini tutur. Məndən olsaydı, tamam başqa səpkidə verilişlər edərdim. Daha ciddi verilişlərlə tamaşaçıların qarşısında olardım. Aparıcılıqdan əlavə, uzun müddət televiziyada redaktor vəzifəsində də işləmişəm. Heç zaman özümü aparıcı kimi formalaşdırmağa çalışmamışam. Düşünmüşəm ki, bu gün aparıcı da ola bilərəm, amma sənətim jurnalistika olduğu üçün jurnalist də ola bilərəm. Düzdür, indiyə kimi şou layihələrdə işləmişəm. Onlar da müəyyən qədər öz sözünü demiş verilişlərdir.   - Bu layihə necə ərsəyə gəldi?

- Xəzər televiziyasında səhər verilişi olan "Hər şey daxil"-in redaktoru idim. Verilişdə qısa bir rubrikamız var idi. Belə ki, bu rubrikada müğənnilərin evlərinə qonaq gedirdik. Zaman keçdikcə, gördüm ki, rubrika tamaşaçılarda böyük maraq doğurub. Bu layihəni daha da təkmilləşdirib "Evdəkilərə salam" şəklində təqdim etməyə başladıq və gözləntilərimiz öz nəticəsini verdi, çox reytinqli veriliş oldu. Biz televiziya işçiləri çalışırıq ki, insanların zövqünə uyğun verilişlər hazırlayaq və onların sevdiyi insanları çəkib göstərək. Ola bilər, düşünərlər ki, Aytəkin niyə başqa müğənnini yox, məhz bunu çəkdi? 11 ildir televiziyada işləyirəm və bunun 6 ilini sırf redaktor vəzifəsində işləmişəm, məsuliyyət mənim üzərimdədir. İndi sırf aparıcı kimi işləyirəm. İşimin daha mükəmməl olması üçün tək aparıcılıqla məşğulam. 

- Şou əhli bir qədər kaprizli olur. Hansı müğənnilərin kaprizi ilə oynamısınız?

- Elə müğənni olub ki, evinə çəkilişə getmişik, saatlarla oturub onun hamamda duş qəbul etməsini gözləmişik, hətta biz gəldikdən sonra evini səliqəyə salan, evə gəlməyini gözlədiyimiz müsahiblərimiz də olub. Bezmirik, çünki bu, bizim  işimizdir. Hətta kənardan kimsə deyinəndə, deyirəm ki, məcburuq, işimizin bir parçasıdır. Layihə çərçivəsində bəzən bölgələrimizdə qonaq oluruq. Deyirlər ki, gəlin, sizi filan yerlərə aparıb orada qonaq edək. Deyirəm ki, biz sırf evi çəkməliyik. Məqsədimiz tamaşaçılara nümunəvi ailələri təqdim etməkdir.  

- Evinə getdiyiniz və orada çəkiliş apardığınız üçün peşman olduğunuz müsahibləriniz olubmu?

- Qonaq gedərkən əvvəldən düşünüb məqsədli şəkildə gedirik. Getdiyimiz ev sahibi ilə münasibətim olmaya da bilər. Amma o insan gündəmdədirsə, insanları maraqlandırırsa, onun kim olmağının fərqinə varmıram. Onları sevənlərə, tamaşaçılarına olduğu kimi təqdim etmişəm. Ola bilər ki, özlüyümdə peşman olmuşam, amma efir üçün əsla.

- Sizin evinizdə necə, "Evdəkilərə salam" deyən olub?

- (Gülürük) Ötən il maqazin verilişlərinin biri qonağım olub. Onda gördüm ki, bu, əslində çox çətin işdir. Sənətçilərimizi başa düşürəm. Əgər evinə kimsə qonaq gəlirsə, mütləq evdə əskik olan nəyi varsa, onu həll etməlidir. Təmizlik aparmalı, gözəl süfrə açmalı, əgər-əskikləri aradan qaldırmalısan. İmkanı zəif olan insanları məcbur etmirəm. Deyirəm ki, çay süfrəsi açarsınız. Əgər mənim bir insanı çəkmək məqsədim varsa, onun üçün özüm də şərait yaradıram ki, biz öz tortumuzu, şirniyyatımızı gətirəcəyik, əsas odur ki, çəkilişimiz alınsın. Ötən həftə dəyərli sənətkarımız Könül Xasıyevanı çəkdik. Cənab prezidentimizin ona verdiyi evdə bizi qonaq etdi. Bəzi sənətçilərin hətta ailələrini çox yaxından tanıyıram, problemlərini belə bilirəm. Bilirəm ki, kimsə həyat yoldaşından ayrılıb, amma tamaşaçıların xatirinə bir yerdədirlər. Heç vaxt çalışmıram ki, onu şou edim, qabardım. O insanı biabır, rüsvay etmək mənim məqsədim deyil. Əksinə, deyirəm ki, sizi yaxşı baxımdan tamaşaçılara göstərmək istəyirəm. 

- "Evdəkilərə salam" verilişində dəyişiklik etməyi düşünürsünüz?

- Dəyişiklik etmək istəyərəm. O verilişi studiyada da edə bilərik. 

- Studiyada edəndə verilişin formatı dəyişməz?

- Onu özümüzünküləşdirib camaata maraqlı bir tərəfdən təqdim edəcəyik. 

- Tamaşaçılara şou-biznes, məşhurların həyatı həmişə maraqlı olub və baxılıb. Filan müğənni kiminlə evləndi, boşandı, evində nə var, evi necədir? Gedib "lüstr" alırlar, deyirlər ki, Manafın evindəki çilçıraqdandır. Bunun dəfələrlə şahidi olmuşam. 

- Elədir. Adətən səhnədə olan insanlar adi insanlardan fərqli geyinirlər. Amma indi zəmanə elə gətirib ki, hamı eyni geyinir. Fikir vermişəm, tamaşaçılar o qədər diqqətlidir ki, məşhurların  süfrələrindəki əşyalara belə diqqət yetirirlər. Hazırladıqları yeməklərə diqqət edirlər. Mənə deyirlər ki, filankəs yaxşı süfrə hazırlamışdı, yaxud da filankəsin süfrəsi, qabiliyyəti heç xoşuma gəlmədi. 

- Yəqin sizə bəxtəvərçilik də verirlər ki, qonaq gedib yeyib-içirsiniz. Gününüz qonaqlıqlarda keçir. 


Xəbərə aid fotolar