Sumqayıtda maşın 17 yaşlı qızı vuraraq qaçıb


Sosial 02 Mar 2018 01:11:35 273 0

Sumqayıtda maşın 17 yaşlı qızı vuraraq qaçıb

Hadisə H.Z.Tağıyev qəsəbəsində qeydə alınıb

Sumqayıt şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, H.Z.Tağıyev qəsəbəsi, Kərim Kərimov küçəsi, ev 21, mənzil 44-də yaşayan 2001-ci il təvəllüdlü Ayşən Rasim qızı Abudova evə çörək almağa gedərkən yolda "VAZ-2107" markalı avtomobil tərəfindın vurulub.

Sürücü dərhal hadisə yerindən qaçıb.

Qəza zamanı xəsarət alan A.Abudova Sumqayıt şəhər TTYX-ya çatdırılıb. Hazırda onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.