"Mona Liza" Parisi tərk edir


Digərləri 01 Mar 2018 23:33:00 248 0

"Mona Liza" Parisi tərk edir

Leonardo Da Vinçinin dünya şöhrətli rəsm əsəri -"Cokonda" (Mona Liza) Parisin Luvr muzeyindən çıxarıla bilər.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə Fransanın mədəniyyət naziri Fransuaz Nissen  Europe 1 radiostansiyasına verdiyi müsahibədə bildirib.

"Yaxın zamanda Luvrun direktoru ilə görüşəcəm, onunla bu məsələni ciddi şəkildə müzakirə edəcəyik" deyə nazir bildirib. O, bunu "mədəni seqreqasiyaya" qarşı mübarizə aparmağa çalışması ilə izah edib və incəsənət əsərinin eyni dörd divar arasında bağlı saxlanılmasını yolverilməz sayır.