Bakirə olmayan qızla atasından icazəsiz kəbin kəsdirmək olarmı?


Digərləri 01 Mar 2018 23:15:00 272 0

Bakirə olmayan qızla atasından icazəsiz kəbin kəsdirmək olarmı?

Şəriətimizə görə, bakirə qız kəbin kəsdirərkən mütləq atasından və ya ata babasından (atasının atasından) icazə almalıdır. Bunsuz kəbin batildir. Sayı az olan bəzi müctəhidlər "rəşidə", yəni öz xeyri ilə ziyanını ayırd edən, iqtisadi cəhətdən müstəqil olan bakirə qızın icazəsiz kəbin kəsdirməsini halal bilirlər.

Son.az islam.az-a istinadən bildirir ki, lakin vaxtilə evli olub, sonra talaq verilmiş və ya əri ölmüş qadın müstəqil şəkildə öz taleyini həll etmək ixtiyarına malikdir, hər hansı qohumundan icazə alması tələb olunmur. Qeyd edək ki, bakirəliyini hər hansı başqa yolla itirmiş qız bura aid deyil. Məsələn, yıxılmaq, qəzaya düşmək nəticəsində qız bakirəliyini itiribsə, yaxud zina edibsə, yenə kəbin kəsdirərkən bakirə hökmündədir. Bu qız mütləq atasından və ya ata babasından yaxud ixtiyar sahibi olan yaxın qohumundan icazə alandan sonra kəbin kəsdirə bilər. Bu hökmlər həyatda təcrübə qazanmamış qız uşağının tələsik qərar verməməsi və aldanmaması üçün nəzərdə tutulmuşdur.