"Forbes" Türkiyənin ən zənginlərini açıqladı


Dünya 01 Mar 2018 23:06:00 243 0

"Forbes" Türkiyənin ən zənginlərini açıqladı

ABŞ-ın "Forbes" jurnalı Türkiyənin ən zəngin insanlarının reytinqini dərc edib.

Son.az oxu.az-a istinadən bildirir ki, martın 1-nə Türkiyənin 100 ən zəngin vətəndaşının ümumi sərvəti əvvəlki illə müqayisədə 18,5 milyard dollar artaraq, 121,4 milyard dollara çatıb.

Reytinqə 4.8 milyard dollar varidatla "Yıldız Holding" qrupunun direktorlar şurasının sədri Murat Ülkər başçılıq edir.

İkinci yerdə "Rönesans Holding" rəhbəri Erman İlicak qərarlaşıb. Onun sərvəti 4 milyard dollar civarında qiymətləndirilir.