Səudiyyə Ərəbistanı "qaydasız döyüş"ə sahib çıxdı


Dünya 01 Mar 2018 23:07:00 359 0

Səudiyyə Ərəbistanı "qaydasız döyüş"ə sahib çıxdı

Səudiyyə Ərəbistanı ABŞ-ın məşhur "WWE" restlinq şousunu ölkəsinə gətirir.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə "Life.ru" ərəb KİV-ə istinadən məlumat yayıb.

Bağlanmış müqaviləyə görə, demonstrativ xarakterli qaydasız döyüşün əsas çıxışları qarşıdakı 10 il ərzində krallığın ərazisində keçiriləcək.

Səudiyyə Ərəbistanının idman üzrə baş idarəsinin rəhbəri Türki əl Şeyx martın 1-də restlinq federasiyası ilə oyunların müstəsna olaraq Səudiyyə Ərəbistanı hüdudlarında təşkil olunması haqqında müqavilə imzalayıb.