Kamil imanın nişanələri hansıdır?


Digərləri 01 Mar 2018 23:10:00 260 0

Kamil imanın nişanələri hansıdır?

Həzrət Peyğəmbər (s) buyurur: "Üç sifət vardır ki, əgər hər kimdə olarsa, imanın kamil olmasının sifətlərindən olar:

1. O kəs ki, şad olar, şadlığı onu batilə tərəf çəkməz.

2. Qəzəblənən zaman qəzəbi onu haqdan çıxartmasın.

3. Nə zaman qüdrət əldə edər, onun olmayana əl uzatmaz".

Bəs həqiqi mömin kimdir? Məsumlarımızın (ə) buyuruşlarından bizə bəlli olur ki, həqiqi möminliyin təzahürü məhz ictimai münasibətlərdə təşəkkül tapır. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim ehtiyacı olana maddi yardım edər və insanlarla insafla rəftar edər - bu cür insan həqiqi mömindir".

Bəli, mübarək dinimiz buyurur ki, insanlara fayda verməyə çalış. Bu yüksək missiyaya motivləndirən buyuruşda Həzrət Peyğəmbərdən (s) nəql edilir: "Xəlq (yaranmışlar) - Allahın çörəkyeyənləridirlər. Ona görə də Allah yanında ən sevimli insan o kəsdir ki, Allahın çörəkyeyənlərinə fayda verər və ailəsini sevindirər".