Qazaxda gənc oğlan dərmandan zəhərlənib


Sosial 01 Mar 2018 22:38:36 213 0

Qazaxda gənc oğlan dərmandan zəhərlənib

Vəziyyəti orta-ağır olan xəstənin həddindən artıq dərman qəbul etdiyi üçün zəhərləndiyi bildirilir

Qazax şəhərində dərmandan zəhərlənmə hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, 25 yaşlı yerli sakin Mustafayev Əmrullah Əsgər oğlu dərmandan zəhərlənib.

O, dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta-ağır olan xəstənin həddindən artıq dərman qəbul etdiyi üçün zəhərləndiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.