Cənnət və cəhənnəm indi yoxdursa...


Digərləri 01 Mar 2018 21:45:00 278 0

Cənnət və cəhənnəm indi yoxdursa...

Əgər cənnət və cəhənnəm indi yoxdursa, Peyğəmbərimizə (s) merac zamanı cənnət və cəhənnəmdən səhnələr göstərilməsi necə izah edilir?

Əqidəmizə görə, insanlar qiyamət günündə dirildilib ilahi məhkəmədə hesabat verdikdən sonra əməllərindən asılı olaraq ya cənnətə, ya da cəhənnəmə aparılacaqlar. Bir kəsin məhkəmə olmadan indidən cənnət və ya cəhənnəmdə yerləşməsi düzgün deyil və mənasızdır. Ona görə də hazırda cənnətlə cəhənnəmin mövcud olmadığını söyləyirik.