Bakıda top mərmisi aşkarlandı VİDEO


Digərləri 01 Mar 2018 21:11:00 207 0

Bakıda top mərmisi aşkarlandı  VİDEO

Bakıda metal qəbulu ərazisində top mərmisi aşkarlanıb. Mərmi anama tərəfindən götürülərək mərkəzi məhvetmə ərazisinə daşınıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Bakıda top mərmisi aşkar edilib. Belə ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyindən Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 95 ünvanında mərminin tapılması barədə məlumatlar daxil olub.

Aşkar olunmuş boş mərminin ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

İdris İsmayılovun sözlərinə görə, həmin mərmi metal qəbulu ərazisindən aşkarlanıb. İlkin ehtimala görə, mərmi metal qarışığı ilə birlikdə həmin əraziyə gətirilib.