Gəncədə maskalılar evə basqın ediblər VİDEO


Digərləri 01 Mar 2018 21:13:00 319 0

Gəncədə maskalılar evə basqın ediblər  VİDEO

Gəncədə evə basqın edən dəstə zərərsizləşdirlib. Soyğunçuları elə ev sahibi özü qonşuların köməyi ilə tutaraq polisə təhvil verib. Bakıda isə avtomobildən içində pul və sənədlər olan qadın çantası oğurlanıb. Hadisə anbaan təhlükəsizlik kameralarına düşüb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Gəncədə, Cavadxan qəsəbəsində Mingəçevir şəhər sakini Bəhruz Mikayıllının kirayədə qaldığı evə iki naməlum şəxs oğurluq məqsədi ilə daxil olub. Ev sahibinin qonşuları ilə birlikdə qayıtdığını görən oğrular əllərindəki tapançaya bənzər alışqan və bıçaqla onları hədələyib.

Lakin qonşuların səyi nəticəsində soyğuncular saxlanılaraq polisə təhvil veriliblər.

Aparılmış araşdırma nəticəsində evə basqın edənlərdən tapançaya bənzər alışqan, 3 ədəd bıçaq, 2 cüt əlcək, kəndir, habelə evdən oğurladıqları 1 ədəd mobil telefon və 1 gümüş üzük götürülüb. Bundan əlavə dəstənin digər üzvləri də aşkarlanıb.

Bakıda isə mebel salonunun qabağından içərisində pul və sənədlər olan qadın çantası oğurlanıb.


Xəbərə aid video