I sinifə qəbulla bağlı sıxlıq var VİDEO


Digərləri 01 Mar 2018 21:17:00 241 0

I sinifə qəbulla bağlı sıxlıq var  VİDEO

Bakı şəhər təhsil idarəsinin müdiri Məhəbbət Vəliyeva 1-ci siniflərin məktəblərə yerləşdirilməsi ilə bağlı son vəziyyətdən danışıb. O, sıxlığın yaşandığı məktəblərin olduğunu deyib. Məhəbbət Vəliyeva məktəblərdə şagirdlərin döyülməsi iddialarına da münasibət bildirib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, elektron sistemlə birinci sinfə qəbul üçün təxminən 35 minə yaxın sorğu göndərilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyir ki, valideynlər yazdıqları elektron ərizələri çap edib müvafiq sənədlərlə məktəblərə təqdim edirlər.

Ümumilikdə bu proses sentyabrın 15-ə qədər davam edəcək. Eyni zamanda şikayətlərə və sorğulara baxılması məqsədilə bütün ərazilərdə 52 alternativ komissiya yaradılıb. Məktəblərdə sıxlıq məsələsinə toxunan idarə müdiri deyib ki, paytaxtda fəaliyyət göstərən və birinci sinfə qəbulu həyata keçirən 300 məktəbin 31-də 1-ci sinfə qəbulda sıxlıq müşahidə edilir.

Məhəbbət Vəliyeva son günlər mətbuatda Sabunçu rayonunda yerləşən 90 və 22 saylı məktəblərdə direktorlar tərəfindən şagirdlərin döyülməsi ilə bağlı iddialara da münasibət bildirib.


Xəbərə aid video