Sumqayıtda 150 sakinə ünvanlarındaca


Digərləri 01 Mar 2018 21:07:00 281 0

Sumqayıtda 150 sakinə ünvanlarındaca

Ölkədə daşınmaz əmlakın qeydiyyatının bilavasitə yerlərdə keçirilməsi, xidmətlərin birbaşa olaraq vətəndaşların ünvanlarında göstərilməsi tədbirləri davam etdirilir.

Belə tədbirlər respublikanın ucqar bölgələri ilə yanaşı, paytaxtda və digər iri şəhərlərdə yerləşən yeni inşa edilmiş çoxmərtəbəli bina sakinlərini də geniş şəkildə əhatə edir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) bildirilib ki, belə tədbirlərin davamı olaraq növbəti "Kütləvi çıxarış" kampaniyası martın 1-də Sumqayıt şəhərində yerləşən bir neçə yeni inşa edilmiş yaşayış kompleksini əhatə edib. ƏMDK tərəfindən keçirilən kampaniya çərçivəsində şəhərin müxtəlif yerlərində yerləşən 2 yaşayış kompleksinin 150 sakininə ünvanlarındaca çıxarışlar verilib. Başqa sözlə, 5 bloklu, 171 mənzilli bina sakinlərinin müraciət etmiş 100 nəfəri, eləcə də 1 girişli, 72 mənzilli yaşayış kompleksinin sakinlərinin müraciət etmiş 50 nəfəri kampaniyadan yararlanıb. Digər sakinlərdən isə bu kompleksdə yerləşən mənzillərinə dair çıxarışların verilməsi üçün ilkin mülkiyyət sənədləri qəbul edilib. Çıxarışların vətəndaşlara ünvanlarında təqdim olunması həm məişət, həm də işgüzar fəaliyyətin yerinə yetirilməsi üçün bina sakinlərinə əlavə zaman qazandırır. Kampaniya vətəndaşların məşğulluq prosesinin pozulmadan qeydiyyat xidmətindən yararlanmasına, bu sahədə əlçatanlığın artırılmasına və vətəndaş məmnunluğuna səbəb olur. Vaxtlarına qənaət edən sakinlər sənədləşdirmənin sürətli və rahat şəkildə aparılması, xidmətlərin birbaşa ünvana çatdırılmasından razılıqlarını ifadə ediblər.