Abşeronda yeniyetmə oğul anasını bıçaqladı –


Digərləri 01 Mar 2018 21:09:00 316 0

Abşeronda yeniyetmə oğul anasını bıçaqladı –

Abşeron rayonunda gənc oğlan anasını bıçaqlayıb. Özü də pul üstündə. Oğlan mağazadan qayıdan anasından pul istəyib. Anasından yox cavabı alan gənc əsəbləşərək ona ardıcıl bir neçə bıçaq zərbəsi vurub.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, 17 yaşlı gənc anasını bıçaqlayıb. Səbəb isə gəncin anasından pul istəməsi və ondan yox cavabı alması olub.

Hadisə Abşeron Gənclər Şəhərciyində qeydə alınıb.

Anası Kəmalə Zalovanı bıçaqlayan Sənan Zalov avtomobillə hadisə yerindən qaçıb.

Ağır xəsarətlər alan 34 yaşlı ana xəstəxanaya aparılıb. Dərhal əməliyyata alınan qadının böyrəklərindən birinin tamamilə zədələndiyi məlum olub və həmin böyrək çıxarılıb.