Bakıda piyadanı avtomobil vuraraq öldürüb


Sosial 01 Mar 2018 20:27:52 237 0

Bakıda piyadanı avtomobil vuraraq öldürüb

Faktla bağlı araşdırma aparılır

Bakının Yasamal rayonunda piyadanı avtomobil vuraraq öldürüb. 

"Report"un məlumatına görə, orta yaşlı kişi piyada keçidindən yolu keçmək istəyərkən "Nissan X-Trail" markalı minik avtomobil tərəfindən vurulub. 

Meyit kimliyinin müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. 

Hadisəni törədən sürücü polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.