Britaniyada son 27 ildə belə qış olmamışdı FOTO


Digərləri 01 Mar 2018 19:00:00 222 0

Britaniyada son 27 ildə belə qış olmamışdı  FOTO

Böyük Britaniya son 27 ilin ən soyuq qışını yaşayır. Bu həftə ölkədə havanın orta temperaturunun -12 dərəcəyədək enəcəyi, 20 sm qalınlığında qar yağacağı gözlənilir.

Son.az Daily Mail-ə istinadən bildirir ki, Met Office-dən verilən məlumata görə, 1991-ci ilin qışından bəri Albionda belə soyuq günlər olmamışdı.

Meteoroloqlar isə Britaniyaya doğru Emma tsiklonunun hərəkət etdiyini vurğulayırlar. Həftəsonunadək İngiltərədə, Şotlandiyada və Şimali İrlandiyada havalar daha da soyuyacaq.