Beynəlxalq Muğam Mərkəzində möhtəşəm "Yeni nəsil" layihəsi davam edir


Kriminal 01 Mar 2018 18:48:00 229 0

Beynəlxalq Muğam Mərkəzində möhtəşəm "Yeni nəsil" layihəsi davam edir

Fevralın 28-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin  IV kurs tələbələri  tərəfindən ("Sabah" qrupu)hazırlanmış Mirzə Fətəli Axundovun "Hekayəti müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur"  tamaşası göstərilib.

Tamaşa Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Yeni nəsil dəvət edir" birgə layihəsi çərçivəsində reallaşıb.

Böyük mütəfəkkir Mirzə Fətəli Axundov Azərbaycan ədəbi-mədəni fikir tarixində görkəmli dramaturq, incə ruhlu şair, dərin zəkalı filosof və realist nəsrin banisi kimi tanınmışdır. O,öz  xalqının tərəqqisi uğrunda çalışmış, bütün ömrü boyu milli-mənəvi dəyərlərimizin keşiyində dayanmışdır. M.F.Axundovun Azərbaycan ədəbiyyatına gətirdiyi ən böyük yeniliklərdən biri milli dramaturgiyanın əsasını qoymasıdır. Ədib 1850-1855- ci illər arasında bir- birindən maraqlı altı komediya yazmışdır. Onun geniş şöhrət qazanmış əsərlərindən biri də "Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur" (1850) komediyasıdır.

"Hekayəti-müsyö Jordan həkimi-nəbatat  və dərviş Məstəli şah cadükuni  məşhur" komediyası həm məzmununa, həm də sənətkarlıq xüsusiyyətlərinə görə öz əhəmiyyətini bu gün də qoruyub  saxlayır.

Bu tamaşanın səhnəyə qoyulmasında məqsəd  gənc nəslə müasir dövrə uyğun şəkildə,yeni formatda M.F. Axundovun  yaradıcılığını çatdırmaqdır.


Xəbərə aid fotolar