Naftalan Şəhər Mərkəzi Xəstəxanasının tikintisinə 6,166 milyon manat ayrılıb


Sosial 01 Mar 2018 18:29:42 253 0

Naftalan Şəhər Mərkəzi Xəstəxanasının tikintisinə  6,166 milyon manat ayrılıb

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev martın 1-də "Naftalan Şəhər Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamla Naftalan Şəhər Mərkəzi Xəstəxanasının tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.15-ci yarımbəndində göstərilmiş məbləğin 6,166 milyon manatı Səhiyyə Nazirliyinə ayrılıb.