Sabah Gürcüstanın baş naziri Ermənistana səfər edəcək
Dünya 01 Mar 2018 18:33:33 252 0
Onun Yerevanda qondarma “erməni soyqırımı” abidəsini ziyarət edəcəyi də bildirilir
Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili martın 2-də Ermənistana səfər edəcək.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, onun səfər çərçivəsində Ermənistan prezidenti və baş naziri ilə təkbətək və geniş tərkibli görüşləri nəzərdə tutulub.
G.Kvirikaşvilinin Yerevanda qondarma “erməni soyqırımı” abidəsini ziyarət edəcəyi də bildirilir.
Qeyd edək ki, Gürcüstan prezidenti Giorgi Marqvelaşvili fevralın 26-da Marneulidə azərbaycanlı gənclərlə görüşdə Xocalı soyqırımı qurbanlarının xatirəsini birdəqiqəlik sükutla yad olunması təklifini qəbul etməmişdi.
Mənbə: report.az