Prezident İlham Əliyev səhiyyə müəssisələrində çalışan işçilərin əməkhaqlarını artırdı


Digərləri 01 Mar 2018 18:23:00 186 0

Prezident İlham Əliyev səhiyyə müəssisələrində çalışan işçilərin əməkhaqlarını artırdı

Prezident İlham Əliyev səhiyyə müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncamı imzalayıb.

Bakı. Prezident İlham Əliyev səhiyyə müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncamı imzalayıb. Sərəncamda qeyd edilir ki, səhiyyə müəssisələrində çalışan işçilərin sosial müdafiəsini daha da gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə dövlət büdcəsindən maliyyələşdirilən səhiyyə müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılsın. Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin