Azərbaycanda yeni sürüşmə və uçqun sahələri yarandı


Digərləri 01 Mar 2018 17:52:00 241 0

Azərbaycanda yeni sürüşmə və uçqun sahələri yarandı

Azərbaycanda sürüşmə sahələrində vəziyyət açıqlanıb.

Son.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib ki, Astarada Kijəbə və Miki sürüşmə sahələrində nisbi aktivlik müşahidə olunur.

Onun sözlərinə görə, Lənkəran-Lerik yolunun 17-19-cu km-də atmosfer çöküntülərinin təsirindən yol boyu yamacda bir neçə yerdə yeni uçqun hadisəsi qeydə alınıb və bir neçə yerdə yeni sürüşmə sahəsi yaranıb: "Lənkəran-Lerik yolunun 27-29-cu kilometrliyində də atmosfer yağıntılarının təsirindən yolboyu yamacda yeni lokal sürüşmə və uçqun prosesləri müşahidə edilib. Lənkəranda, Gəgiran sürüşmə sahəsində atmosfer yağıntılarının təsirindən nisbi aktivlik baş verib və bir neçə yerdə yeni sürüşmə və uçqun sahələri əmələ gəlib. Lənkəranda Tükəvillə-Diryan-Gəgiran avtomobil yolunun 12-ci kilometrliyində isə sürüşmə prosesi baş verib. Sahənin eni 80-90 metr, uzunluğu 100-120 metr, qırılma qaşının hündürlüyü 0,5-2,2 metr arasında dəyişir. Yolun 100 metrlik hissəsi tamamilə dağılıb. Masallı-Yardımlı yolunun 13-15, 7-16-24-26-cı kilometrliklərində sürüşmə sahələri aktivləşib. Cəlilabad-Cəngan-Soltankənd avtomobil yolunun 17-ci kilometrliyində sürüşmə sahəsinin parametrləri atmosfer yağıntılarının təsirindən artıb".