Balakəndə qanunsuz kəsilmiş at əti aşkarlandı FOTO


Digərləri 01 Mar 2018 17:34:00 330 0

Balakəndə qanunsuz kəsilmiş at əti aşkarlandı  FOTO

Balakən rayonunda qanunsuz kəsilmiş at əti aşkarlanıb.

Son.az Trend-ə istinadən bildirir ki, martın 1-də daxil olmuş məlumat əsasında xidmətin Balakən Rayon Baytarlıq İdarəsinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboru əməkdaşlarının iştirakı ilə keçirilən tədbir zamanı Balakən rayonunun Gərəkli kənd sakini Ramazan Nəcməddin oğlu Muğumovun həyətinə baxış keçirilmişdir. Baxış zamanı həyətdə qeyri-qanuni, antisanitar şəraitdə kəsilmiş, talvardan soyularaq asılmış, sağlamlığına dair heç bir sənədi olmayan şaqqalara ayrılmış 1 baş atın cəmdəyi, həmçinin ev sahibinə məxsus 10-FN-974 dövlət nömrə nişanlı "Jiquli" markalı minik avtomobilinin yük yerində 1 ədəd atın başı, dərisi, 4 ədəd at ayağı və atın daxili orqanları aşkar edilmişdir.

Aşkar edilmiş at ətindən baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilmişdir.

At kəsimi ilə məşğul olan Ramazan Muğumov söhbət əsnasında müvafiq dövlət qurumlarının nəzarətindən kənar at kəsimi, at ətinin tədarükü ilə məşğul olduğunu etiraf etmiş, eləcə də həmin atı öz istifadəsi və satmaq üçün kəsidiyini bildirmişdir.


Xəbərə aid fotolar