Polşanın Avropa İttifaqı Şurasında səs hüququndan məhrum edilməsi proseduru təsdiqlənib


Dünya 01 Mar 2018 17:19:27 277 0

Polşanın Avropa İttifaqı Şurasında səs hüququndan məhrum edilməsi proseduru təsdiqlənib

Avropa Parlamentinin deputatlar səs çoxluğu ilə Polşaya qarşı sanksiyalar prosedurunun başladılmasına səs veriblər

Avropa Parlamentinin deputatları Brüsseldə keçirilən plenar iclasda səs çoxluğu ilə Avropa Komissiyasının Polşaya qarşı sanksiyalar prosedurunu başlatmaq qərarını dəstəkləyib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu addım Polşa rəhbərliyinin məhkəmə islahatları nəticəsində demokratik normalardan yayınmasına görə atılıb.

Avropa Komissiyasının 20 dekabr 2017-ci il tarixli qərarını 422 deputat dəstəkləyib, 147 nəfər bunun əleyhinə səs verib, 48 deputat isə bitərəf qalıb.

Qeyd edək ki, burada söhbət Avropa İttifaqı barədə sazişin 7-ci maddəsinin tətbiq olunmasından gedir və bu, birliyin digər üzv ölkələrinin qərarı təsdiq edəcəyi təqdirdə Polşanın Avropa İttifaqı Şurasında səs hüququndan məhrum olacağı anlamına gəlir.