Bağlanan bankların avtomobillərinə maraq artıb


Digərləri 01 Mar 2018 17:12:00 234 0

Bağlanan bankların avtomobillərinə maraq artıb

Azərbaycanda ləğv prosesində olan bir sıra bankların balansındakı əmlakların satışına maraq artır.

Son.az Trend-ə istinadən bildirir ki, Fond Azərbaycan Xammal və Əmtəə Birjası vasitəsilə 19 və 26 fevral 2018-ci il tarixlərində ləğv prosesində olan bir sıra bankların balansında olan əmlakların satışı üzrə açıq hərrac keçirib.

Keçirilən açıq hərracın nəticələrinə əsasən, ləğv prosesində olan QSC "Bank Standard" KB-nin balansındakı 2 ədəd "Toyota Camry", 1 ədəd "Lexus LX-570", 1 ədəd "Mitsubishi Outlander", 1 ədəd "Toyota Corolla", 1 ədəd "Mitsubishi Lancer", 2 ədəd "Ford Transit Connect" markalı avtomobillər və 4 ədəd bankomat hərracda satılıb.

Ləğv prosesində olan "Texnikabank" ASC-nin balansındakı Şabran rayonunda yerləşən torpaq sahəsi və 2 ədəd bankomat satılıb.