Sabahdan Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək, bəzi yerlərə qar yağacaq


Sosial 01 Mar 2018 16:49:26 236 0

Sabahdan Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək, bəzi yerlərə qar yağacaq

Qərb küləyi əsəcək

Sabahdan Azərbaycanın rayonlarında hava şəraiti qeyri-sabit keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, Azərbaycanın rayonlarında martın 2-də hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. 

Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.