Türkiyə Afrində ilk dəfə şəhər şəraitində hərbi əməliyyatlara başlayacaq


Dünya 01 Mar 2018 16:58:00 230 0

Türkiyə Afrində ilk dəfə şəhər şəraitində hərbi əməliyyatlara başlayacaq

Türkiyə Silahlı Qüvvələri bu həftənin sonunda Afrində şəhər şəraitində ilk hərbi əməliyyatlara başlayacaq.

Son.az Trend-ə istinadən bildirir ki, yanvarın 20-də başlamış "Zeytun budağı" əməliyyatı çərçivəsində Afrin ətrafında 420 kvadrat kilometrlik ərazi azad edilib.

Qeyd olunur ki, qoşunlar Afrinin şimal-qərbində və cənub-qərbində strateji vacib Raco və Cinderes yaşayış məntəqələrinə yaxınlaşıb. Yaxın günlərdə bu istiqamətlər əməliyyatlara start veriləcək.