Ukraynada deputatlar arasında kütləvi dava olub- VİDEO


Dünya 01 Mar 2018 16:50:10 266 0

Ukraynada deputatlar arasında kütləvi dava olub- VİDEO

Parlamentarilər bu yolla torpaq məsələsini "həll etməyə" çalışıblar

Ukraynada Lutsk Şəhər Şurasının deputatları torpağın icarəyə verilməsi ilə bağlı qərar qəbul edilən zaman kütləvi dava salıblar.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Parlamentarilərin bir hissəsi məsələnin bir qədər də işlənməsini və iclasın davam etdirilməsini tələb ediblər, ancaq digər deputatlar onlara imtina cavabı veriblər və bundan sonra qarşıdurma yaşanıb.

Yerli KİV-in qeyd etdiyinə görə, davaya deputatlarla yanaşı, bələdiyyə rəsmiləri də qatılıblar.