Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinə icraçı direktor təyin edilib


Digərləri 01 Mar 2018 16:43:00 278 0

Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinə icraçı direktor təyin edilib

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinə yeni rəhbər təyin edilib.

Son.az Trend-ə istinadən bildirir ki, Orxan Məmmədov Agentliyin icraçı direktoru vəzifəsinə təyin olunub.

O.Məmmədov Bakı Dövlət Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və Odlar Yurdu Universitetində biznes idarəçiliyi üzrə magistr dərəcəsi alıb, Azərbaycan Dövlət İqtisad Universitetini maliyyə və kredit ixtisası üzrə bitirib.

2005-ci ildə Xarici İşlər Nazirliyində referent, 2006-2007-ci illərdə Sənaye və Energetika Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsində aparıcı məsləhətçi, 2007-2018-ci illərdə İqtisadiyyat Nazirliyində Sahibkarlığın inkişafı siyasəti və Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbələrində baş məsləhətçi, müdir müavini və müdir vəzifələrində çalışıb.