"Nar" 700dək yeni baza stansiyasını istismara verməyi planlaşdırır


Digərləri 01 Mar 2018 16:48:00 278 0

"Nar" 700dək yeni baza stansiyasını istismara verməyi planlaşdırır

"Nar" 2018-ci ildə də şəbəkənin təkmilləşdirilməsi işlərini davam etdirməyi, həm paytaxt, həm də bölgələrdəki abunəçiləri yüksəkkeyfiyyətli rabitə xidmətləri ilə təmin etməyi planlaşdırır. Belə ki, il ərzində şəbəkənin inkişafı və təkmilləşdirilməsi işləri çərçivəsində respublikanın bölgələrinə xüsusi diqqət ayrılması nəzərdə tutub. 4G (LTE) texnologiyasının əhatə dairəsinin bölgələrdə genişləndirilməsi, eyni zamanda 3G texnologiyasının daha da təkmilləşdirilməsi tədbirlər planının əsas məqamlarındandır. Müvafiq olaraq, Bakı və Abşeron yarımadasında LTE texnologiyasının inkişaf etdirilməsi istiqamətindəki işlər 2018-ci ildə də davam edəcək və abunəçilər daha keyfiyyətli rabitə xidmətlərindən faydalanacaqlar. Ümumilikdə, ötən ilin sonuna olan mövcud baza stansiyalarının sayı ilə müqayisədə şəbəkədə baza stansiyalarının 25%-dək artımı nəzərdə tutulub.

Xatırladaq ki, aparılmış genişmiqyaslı təkmilləşdirmə işləri nəticəsində mobil operator Bakı və Abşeron yarımadası ilə yanaşı, artıq respublikanın digər bölgələrində də LTE xidmətini abunəçilərinin istifadəsinə təqdim edib. Belə ki, bölgələrdə ilk olaraq Gəncə şəhərində yaşayan abunəçilər mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən LTE xidmətindən yararlanmaq fürsəti əldə ediblər. Gəncə şəhərindəki "Nar" abunəçiləri də mobil operatorun LTE texnologiyası ilə təmin etdiyi 225 Mbit/s çatan sürət sayəsində internet resurslarından daha səmərəli şəkildə istifadə etmək imkanı qazanıblar.

"Nar" şəbəkəsi haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.


Xəbərə aid fotolar