Təhsil İdarəsindən valideynlərə


Digərləri 01 Mar 2018 16:28:00 246 0

Təhsil İdarəsindən valideynlərə

"Bakıda I sinfə qəbulla bağlı elektron sistemdə 35 minə yaxın sorğu yerləşdirilib".

Son.az APA-ya istinadən xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, hazırda valideynlər ərizələri çap edərək məktəblərə təqdim edirlər: "Əvvəlki illərdən fərqli olaraq, sənəd təqdim etmə mərhələsində uşaqların məktəbə getməyinə ehtiyac yoxdur. Çünki müsahibə mərhələsi iki ildir ləğv olunub".

Prosesin fevralın 22-dən sentyabrın 15-nə kimi davam edəcəyini xatırladan M. Vəliyeva valideynlərin I sinfə qəbulla bağlı şikayətlərinin nədən ibarət olduğunu da açıqlayıb: "Valideynlərin şikayətləri əsasən, ərazidəki məktəbdə yerlərin dolması, istədikləri müəllimin sinfində yerin olmaması ilə bağlıdır. Valideynlər yaşamadıqları ərazidəki məktəbə də uşaqlarını qoymaq istəyirlər. Valideynlərə müraciət edərək bildirirəm ki, övladlarını yaşadıqları ərazidəki məktəblərə yerləşdirsinlər".