ABŞ senatoru: “Növbəti savaş Cənubi Livanda olacaq”


Dünya 01 Mar 2018 16:07:02 255 0

ABŞ senatoru: “Növbəti savaş Cənubi Livanda olacaq”

Lindsi Qraham: "İsrail ABŞ-dan İrana və onun himayə etdiyi qruplara qarşı silah və diplomatik dəstək istəyib"

“Növbəti savaş Cənubi Livanda olacaq”.

“Report” “Haaretz” qəzetinə istinadən xəbər verir ki, bunu ABŞ senatoru Lindsi Qraham İsrailə səfəri zamanı deyib.

Senator Livan “Hizbullah”ının İsrailə raket atmasına münasibət bildirərək deyib: “Əgər bu təhdid davam edərsə, yəni hava limanını vura biləcək raketlər hazırlamaqda davam edərlərsə və İsrail dövlətinə zərər vurarlarsa, içəri girməyə (Livana girməyi nəzərədə tutur - “Report”) məcbur olacaqlar. Növbəti savaş Cənubi Livanda olacaq”.

Senator İranın dəstəklədiyi "Hizbullah"ın Livanda silah fabriki inşa etdiyini bildirib. Lindsi Qraham Tehran hakimiyyətini nəzərdə tutaraq bildirib: “Onlar beynəlxalq ictimaiyyəti və ABŞ prezidenti Donald Trampı sınaqdan keçirir”.

Senator vurğulayıb ki, İsrail hakimiyyəti ABŞ-dan İrana və onun himayə etdiyi qruplara qarşı silah və diplomatik dəstək istəyib.