Mauro İkardi dünya çempionatına aparılmayacaq


İdman 01 Mar 2018 16:08:00 261 0

Mauro İkardi dünya çempionatına aparılmayacaq

DÇ-2018-də Argentina yığmasının heyətinə daxil edilməyən “İnter”in kapitanı Mauro İkardi üçün yeni iddia ortaya atıldı.

Goal.az xəbər verir ki, "İnter"dəki performansı ilə "Real", "Manchester United" kimi klubların diqqətini çəkən forvard Rusiyadakı mundialda özünü özünü yaxşı tərəfdən göstərərək daha sərfəli təkliflərə hazırlaşırdı.

Ancaq, İkardinin xəyalları suya düşüb. Yığmanın baş məşqçisi Xorxe Sampaoli forvardın durumundan razı deyil. Digər səbəb isə onun yığmanın liderləri ilə münasibətlərinin gərgin olmasıdır. Başda Lionel Messi olmaqla digər futbolçuların Mauro ilə münasibətləri yaxşı deyil.

Buna səbəb İkardinin hazırda "Udineze"də çıxış edən həmyerlisi Maksi Lopesin xanımı Vanda Naranı "ələ keçirməsidir". Münasibətləri Maksi Lopezlə Vanda Nara cütlüyü ilə birgə etdiyi tətildə başlamışdı. Böyük səs-küylə qarşılanan münasibət Naranın Lopezdən boşanıb İkardi ilə evlənməsi ilə nəticələnmişdi. Argentina mətbuatı isə indi də Naranın digər "İnter"li Marselo Brozoviçlə bir gecə keçirdiyini yazıb. Nara iddiaları rədd edib.

Bu məqamları nəzərə alan Sampaoli yığmanın düşərgəsində ab-havanı pozmamaq üçün onu heyətə cəlb etmək istəmir. Onun əvəzinə "Reacing"də ulduzu parlayan Martinezin çağırılacağı gözlənilir.