Merayya Keri arıqlayıb, kirayə villaya köçüb FOTO


Digərləri 01 Mar 2018 16:00:00 275 0

Merayya Keri arıqlayıb, kirayə villaya köçüb  FOTO

Amerikalı müğənni Merayya Keri medianın diqqətindən iki ay kənar qalandan sonra yenidən gündəmə gəlib.

Son.az TMZ-yə istinadən bildirir ki, 47 yaşlı müğənni ABŞ-ın Los-Anceles şəhərindəki "The Reserve" gecə klubunda dünyaca məşhur boksçu Floyd Meyvezerin təşkil etdiyi ad günü ziyafətinə yollanıb.

"The Reserve" gecə klubunda M.Kerrini 34 yaşlı sevgilisi Brayan Tanaka müşayiət edirdi.

2015-ci ildə sabiq əri, avstraliyalı milyarder Ceyms Parkerin hədiyyə etdiyi 700 min dollarlıq brilyant kolye və sırğalarla klubda peyda olan M.Kerinin xeyli arıqladığı göz önündə idi.