"Manchester United" daha 2 futbolçusunun müqaviləsini avtomatik yenilədi


İdman 01 Mar 2018 15:30:00 278 0

"Manchester United" daha 2 futbolçusunun müqaviləsini avtomatik yenilədi

"Manchester United" Deyli Blind və Eşli Yanqın müqavilə müddətini uzadıb. hər iki futbolçunun anlaşmasında göstərilən müddətin 1 il avtomatik artırılması bəndi öz əksini tapmışdı. Goal.az xəbər verir ki, Blind və Yanq 2019-cu ilin yayına kimi "manikunianlar"ın formasını geyinəcək. Onlardan başqa "Aston Villa"da icarədə çıxış edən Sem Constonun da sözləşməsi 1 il uzadılıb. "Qırmızı şeytanlar" daha öncə analoji üsulla Lyuk Şou, Ander Errera və Xuan Matanın da müqaviləsini yeniləmişdi. Maruan Fellaini, Zlatan İbrahimoviç və Maykl Kerrik isə mövsümün sonunda azad agent ola bilər. Onlardan Fellaini klubunu dəyişmək istəyir. Belçikalı futbolçunun adı "Beşiktaş" və "Galatasaray"la hallanır. İbrahimoviçin karyerasını Çin və ya Amerikada davam etdirmək imkanı var.