İlhamə Quliyevanın oğlu həyat yoldaşından ayrıldı


Digərləri 01 Mar 2018 14:42:00 239 0

İlhamə Quliyevanın oğlu həyat yoldaşından ayrıldı

Mərhum xalq artisti İlhamə Quliyevanın ölümündən 2 il ötsə də miras davası səngimək bilmir.

Son.az xəbər verir ki, İlhamə Quliyeva sağlığında mirası olaraq efirlərdə oğlunun adını çəksə də, xanım sənətkarın ölümüdən sonra mal-mülkü İradə və Gülbahar bacıları arasında bölüşdürülüb.

Bu barədə Əli Mirəliyev "Səhər-Səhər" verilişində danışarkən deyib. Müğənninin növbəti açıqlaması isə hər kəsi məyus edib. Əli Mirəliyev İlhamə Quliyevanın oğlu Orxan Nadirovun həyat yoldaşından ayrıldığını bildirib. Bunu eşidən aparıcı və qonaqlar təəccüblərini gizlədə bilməyib.

Əli Mirəliyev ayrılığa səbəb kimi ölümündən sonra İlhamə Quliyevanın mirasından Orxana pay çatmamasını göstərib.

Qeyd edək ki, Orxanın Arifə adlı xanımdan 4 yaşında Ruslan adlı oğlan övladı var.