“AzerGold” QSC və AMEA əməkdaşlığı genişləndirir


Digərləri 01 Mar 2018 14:41:11 207 0

“AzerGold” QSC və AMEA əməkdaşlığı genişləndirir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunda təşkil olunan elmi seminarda İnstitutla “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) arasında imzalanmış memorandum və müqavilə geniş müzakirə edilib.

Bakı. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunda təşkil olunan elmi seminarda İnstitutla “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) arasında imzalanmış memorandum və müqavilə geniş müzakirə edilib. “AzerGold” QSC-dən Trend-ə verilən məlumata görə, qurumun geoloji-kəşfiyyat şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru Şahbəddin Musayev tədbirdə çıxış edərək nəcib və əlvan filiz yataqlarının istismara cəlb olunmasının perspektivləri, habelə əməkdaşlıq haqqında öz fikirləri ilə bölüşüb. Elmi seminarda aparılan ətraflı müzakirələr və fikir mübadiləsinin nəticəsi olaraq əməkdaşlığın davam etdirilməsi haqqında qərar verilib. 2016-cı ilin noyabrında “AzerGold” QSC ilə AMEA arasında imzalanan əməkdaşlıq memorandumu Azərbaycan ərazisində mövcud filiz yataqlarının geoloji-geofiziki araşdırılması və digər geoloji məsələlərin tədqiqi, həmçinin bu sahələrdə innovativ layihə və inkişaf proqramlarının həyata keçirilməsi üzrə əməkdaşlığı əhatə edir.