Qattuzo: "Məni böyük məşqçi hesab etmək lazım deyil"


İdman 01 Mar 2018 14:38:00 212 0

Qattuzo: "Məni böyük məşqçi hesab etmək lazım deyil"

"Milan"ın baş məşqçisi Cennaro Qattuzo komandasının İtaliya Kubokunun yarımfinalında "Lazio"nu mübarizə kənarlaşdırmasından sonra fikirlərini bölüşüb. Goal.az xəbər verir ki, "Rai Sport"a açıqlamasında gənc mütəxəsis bunları deyib:

"Gözəl başa düşürəm ki, məşqlərdə bəzən yetirmələrimi dəli edirəm. Amma gördüyünüz kimi, bu metod özünü doğruldur. Biz bir komanda halına gəlməliyik. Azarkeşlərimiz çoxdan bunu gözləyir. Komandanın oyununa topa nəzarət və səliqəli ötürmə ilə əlaqəli bir sıra vacib çalarlar əlavə edən Vinçenzo Montellanın haqqını vermək lazımdır. Məşqçi kimi hələ heç bir nəticəm yoxdur. Məni böyük məşqçi hesab etmək lazım deyil. Bununla yanaşı qeyd etməliyəm ki, son 5 ildə böyük zəhmət çəkib bir müddət öncə "Pro" kateqoriyası almışam. Bundan əvvəl isə ölkə xaricində asan olmayan təcrübə qazanmışdım".